İran

İran martda Çinə neft satış həcmlərinə görə dünyanın üçüncü ölkəsi oldu

Donald Trump administrasiyasının sərt sanksiyaları ilə qlobal neft bazarından məhrum olmuş İran dünyanın ən böyük müştərisi ilə müqavilə imzalamaqla böyük neft oyununa qayıdır.
Reuters agentliyinin dünən yayadığı məlumata görə, Çin 2021-ci ildə İran nefti idxalını kəskin şəkildə artırmağa başlayıb və mart ayında onu tarixi rekord səviyyəyə – 3,75 milyon tona çatdırdı.
SVB Energy-nin analitikləri isə İranı tərk edən tankerlərinin hərəkətinə əsasən gündəlik ixrac həcmlərini 1 milyon barel səviyyəsində qiymətləndirirlər.
Bu, İranı Çinə gündə təxminən 1,7 milyon barel neft satan Rusiya və Səudiyyə Ərəbistanından sonra üçüncü ən böyük tədarükçü edir.
İran nefti Çin neftayırma zavodlarına çox böyük endirimlərlə satılır – bir barrel üçün 4-6 dollara qədər.
Xatırladaq ki, martın 27-də Tehranda Çin Xarici İşlər Naziri Vanq Yi və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 25 illik müddətə əməkdaşlıq müqaviləsi imzaladılar. Saziş çərçivəsində Çin İran iqtisadiyyatına 400 milyard dollar sərmayə qoymağa razı oldu – bu, ölkənin cari ildəki ÜDM-ə (454 milyard dollar) demək olar ki, bərabərdir.
Çinin kapitalı neft, mineral ehtiyatlarının çıxarılmasına, İran sənayesinin inkişafına, kənd təsərrüfatına və nəqliyyat infrastrukturunun inkişafına xərclənməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button