Dünya

Türkiyə milli valyutası böhran içində: əhali 3 həftədə 15 milyard dollar alıb

Türk lirəsi ötən həftənin əvvəlindən addım-addım ucuzlaşmaqda davam edir və Yaxın Şərqin ikinci iqtisadiyyatını tam hüquqlu valyuta böhranına yaxınlaşdırır.
Keçən həftə Türkiyə Mərkəzi Bankı rəhbərinin gözlənilmədən işdən çıxarılmasından sonra başlayan lirənin çöküşü, bu həftənin bazar ertəsi və çərşənbə axşamı günləri daha böyük templə ucuzlaşıb.
Martın 30-da keçirilən hərraclarda türk lirəsi 1 dollar üçün 8.46 səviyyəsinə enərək ötən ilin oktyabr ayında qeydə alınmış mütləq dibə çatmaq üçün xeyli irəliləyib.
Qeyd edək ki, həftənin əvvəlindən türk lirəsi 4%, son 10 gündə isə – prezident Rəcəb Təyyub Ərdoğanın Mərkəzi Bankın rəhbərini qəfil tutduğu vəzifədən azad etdikdən sonra 17% ucuzlaşıb.
Vətəndaşlara müraciət edən R.T. Ərdoğan ucuzlaşan milli valyutanı dəstəkləməyə, insanlara əllərində olan dolları lirəyə çevirmək və hətta qızıl kimi saxlanılan depozitlərin belə türk lirəsinə dəyişməyə çağırış etdi. Ərdoğan bunun “hər kəs üçün qazanclı bir strategiya” olacağını söylədi – həm dövlət, həm də vətəndaşlar üçün.
Ancaq xalqa edilən müraciətlərin heç bir təsiri olmadı: lirə ucuzlaşmaqda davam edir, insanlar əmanətlərini saxlamaq üçün dollar almağa çalışırlar.
Reuters qeyd edir ki, son üç həftə ərzində Türkiyə vətəndaşları 15 milyard dollarlıq əmanətləri xarici valyuta və qiymətli metallara çeviriblər.
İstanbul Zərgərlik Pərakəndə Satıcıları Dərnəyinin hesablamalarına görə, “döşəklər altında” saxlanılan 220 milyard dollardan əlavə, əhalinin əlində həmçinin 5 min ton qızıl var.
Türk Mərkəzi Bankı lirənin kursunu saxlamaq məqsədi ilə kommersiya banklarından valyuta alır və açıq bazarda satır. Keçən il bu cür müdaxilələrin həcmi 110 milyard dollara çatmışdı.
Eyni zamanda, Türkiyədəki qızıl və valyuta ehtiyatlarının həcmi artıq iki dəfə azalaraq 47 milyard dollara çatıb və bu göstərici çoxillik minimumu yeniləyib.

Related Articles

Bir cavab yazın

Back to top button