Azərbaycanİran

İran mediası erməni mövqeini əks etdirir

SEPAH-a yaxın media qurumları "Qarabağ"ı müstəqil bölgə kimi qələmə verir.

Azərbaycan ordusunun “Qısas” anti-terror əməliyyatının başlamasından dərhal sonra İran mediası yenidən ermənilərin mövqeini əks etdirməyə, “Qarabağ”ı müstəqil bölgə kimi qələmə verməyə başlayıblar.

SEPAH-ın nəzarətində olan “Fars” xəbər agentliyi və bu sosial şəbəkələri “Azərbaycan Respublikası Dağlıq Qarabağın bir neçə bölgəsini tutduğunu iddia edir” başlığı ilə məlumat yayıb.

Xüsusilə SEPAH-ın sosial şəbəkə hesablarında Azərbaycan Respublikası “Şimali əyalət” kimi adlandırılıb və Azərbaycanın İranın şimal əyaləti olduğuna eyham vurulub.

“Dağlıq Qarabağ bölgəsinin Müdafiə Nazirliyi çərşənbə günü yaydığı bəyanatda atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Artsax ordusunun 7 əməkdaşının yaralandığını açıqlayıb”-deyə, SEPAH saytı atəşkəsin Azərbaycan tərəfindən pozulduğu fikrini təlqin etməyə çalışıb.

Bununla yanaşı SEPAH-ın teleqram kanalı 6 saniyəlik video yayaraq İran ordusunun Araz qırağına ağır hərbi texnika daşıdığını iddia edib.

Sonuncu iddia ilə bağlı rəsmi Tehran açıqlama verməyib və rəsmi dövlət saytlarında münasibət bildirilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button