İran

İran mediası ermənilərin türklərə qarşı yalan iddialarının təbliğat maşınına çevrilib

İranın hakimiyyətinə bağlı mətbuat qurumları praktiki olaraq ermənilərin türklərə qarşı yalan iddialarının təbliğat orqanına çevriliblər.

İranın Dövlət Teleradio şirkətinə məxsus ingilisdilli “Press TV” kanalı 1915-ci il hadisələrində erməni ekstremist qruplarının yalan iddiası ilə bağlı tvit paylaşaraq bunu “soyqırımı” adlandırıb və Türkiyə Cümhuriyyətini bu hadisəyə görə cavab verməyə çağırıb.

“Türkiyədə Osmanlı hakimiyyəti dövründə baş vermiş bu “soyqırımı” nəticəsində 1,5 milyona yaxın erməni öldürülüb”,-deyə tvitdə iddia edilib.

Qeyd edək ki, ötən aylarda erməni diasporu tərəfindən dırnaqarası erməni soyqırımı şişirdilərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılıqlı olaraq arxivləri açmağı və bütün tarixi sənədləri nəzərdən keçirməyi təklif etsə də, erməni tərəfi bu təklifi qəbul etməyib. Bu da bir daha sübüt edir ki, “soyqırım” adlandırdıqları şey sadəcə erməni və onlara hərtərəfli dəstək nümayiş etdirən İran hakimiyyətinin xülyasından başqa bir şey deyil. Bununla yanaşı, İran hakimiyyətinə bildirmək yerinə düşər ki, gerçək soyqırımı görmək istəyirlərsə, 1 əsr öncəsinə yox, elə ən son dövr hesab edilən 30 il əvvələ baxsınlar. Həmin vaxt Xocalıda günahsız müsəlmanların necə dəhşətli işgəncələrlə qətlə yetirildiyini görəcəklər.

 

Related Articles

Bir cavab yazın

Back to top button