İran

İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

İRNA ajansı Gilan vilayətinin Səravan kəndində zibil yığılması probleminin həll olunmamasına etiraz edən 22 nəfərin tutulduğunu bildirib. Məlumata əsasən, polis Səravan kəndində zibil toplama mərkəzinin açılmasına mane olan əhali ilə qarşıdurmaya gedib.

Əldə edilən xəbərə görə, kəndin onlarla sakini ötən gün zibilin düzgün yığılmamasına qarşı etirazlarının 20-ci günündə zibil toplanma mərkəzinin giriş qapısına toplaşaraq, zibil daşıyan maşınların mərkəzə girişinə mane olub.

Sosial şəbəkələrdə yayılan bəzi videolara görə, etirazçılar öncə dinc şüarlar səsləndirsələr də, bir neçə saat sonra polisin sadə insanlara hücumu ilə aksiya zorakılığa çevrilib və etirazlarda 22 nəfərin həbs edildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button