Azərbaycanİran

İran mediası Urmu gölünün qurumasına görə Azərbaycanı günahlandırır

İllər öncənin xəbərini yeni xəbər kimi tarix göstərmədən yayıblaa.

İranda xüsusilə SEPAH və təhlükəsizlik qurumlarına bağlı media orqanları və sosial şəbəkələr illər öncənin xəbərini yeni xəbər kimi tarix göstərmədən yayıb və Urmu gölünün qurumasına görə Azərbaycan Respublikasını günahlandırırlar.

Adı çəkilən media orqanları Araz çayından Urmu gölünə su çəkilməsinə Azərbaycan Respublikasının razılıq vermədiyi üçün gölün quruduğunu iddia edirlər.

“Azərbaycan və İran Araz sərhəd çayının elektrik enerjisi və su ehtiyatlarının iki ölkə arasında bərabər bölünməsi və ondan birgə istifadə edilməsi barədə razılığa gəlmələrinə baxmayaraq Azərbaycan Respublikası İranın Araz çayından Urmu gölünə su çəkmək planına qarşıdır”-deyə, İran mediası yazır.

Qeyd edək ki, İran mediasında yayılan xəbər əslində Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun 2012-ci ilin noyabr ayında Araz çayından Urmu gölünə su çəkilməsi ilə bağlı verdiyi məlumatdır.

SEPAH və ETTELAAT-a bağlı mətbuat orqanları ad və tarix göstərmədən köhnə xəbəri təhrif olunmuş və yeni məlumat adı ilə yayıb, Urmu gölünün qurumasında Azərbaycan Respublikasının rolu olduğunu aşılamağa çalışırlar.

2012-ci ilin noyabr ayında Hüseynqulu Bağırov Arazdan başqa yerə su çəkilməsinin Azərbaycan Respublikasının ətraf mühitinə və iqlim şəraitinə pis təsirlər qoyacağını, Araz çayı boyunca yerləşən əkin sahələrinin bu problemdən əziyyət çəkəcəyini demişdi.

Xatırladaq ki, neçə illərdir Azərbaycan tərəfinin razılığı ilə İran hökuməti Araz çayından Təbriz və Urmu gölünə su çəkilişi layihəsini başlasa da, layihəyə yetərincə büdcə ayırılmadığı üçün işlər yarımçıq saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button