Dünya

Sallivan: İran Rusiyaya yüzlərlə dron göndərmək niyyətindədir

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib ki, Amerika kəşfiyyatı İranın Rusiyaya yüzlərlə dron göndərmək və onlardan Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçmək niyyətində olduğunu göstərir

“Əldə etdiyimiz məlumatlara görə, İran hökuməti sürətlə Rusiyaya bir neçə yüz dron, o cümlədən silah daşıya bilən pilotsuz aparatlar göndərməyə hazırlaşır”, – deyə Sallivan vurğulayıb.

O, habelə qeyd edib ki, İran Rusiya qüvvələrinə həmin insansız uçaqlardan istifadə üzrə təlim keçməyə hazırdır və bu təlimlər iyulun əvvəlində başlamalı idi.

Amerika rəsmisi sonda əlavə edib ki, İranın oxşar dronları əvvəllər bu ölkənin Yəməndə dəstəklədiyi husi üsyançılarına verilib və onlardan Səudiyyə Ərəbistanına hücum etmək üçün istifadə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button