İran

İran mediasında Azərbaycan adının təhrifi qınağa səbəb olub

İran televizyonunda Azərbaycan adının təhrif olunması geniş etirazlara səbəb olub. Güney azərbaycanlı ictimai şəbəkə istifadəçiləri ölkə televizyonunun bu addımını mərkəzi hökumətin Azərbaycana qarşı sərt münasibəti kimi qiymətləndiriblər.
Xatırladaq ki, ölkənin birinci kanalında Şərqi Azərbaycan əyalətinin adı “Təbriz əyaləti” kimi yayımlanıb. İctimai şəbəkə istifadəçiləri bu məsələni Azərbaycan türklərinə təhqir adlandıraraq, baş verəcək olaylarla ilgili hökuməti uyarıblar.
“Azər əncüman” xəbər saytı özünün teleqram kanalında bu addımı “Birinci kanalın “şah əsəri”, Şərqi Azərbaycan adının silinməsi” başlığı ilə yayımlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button