İran

Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

Mürəxəsi müddəti bitən milli, mədəni fəal Səccad Şəhiri bu gün Sulduz zindanına geri dönüb. Bildirək ki, fəal fərvərdinin 23-də vəsiqə qarşılığında üç günlük mürəxəsi haqqından istifadə edib. Qeyd edək ki, Səccad Şəhiri fərvərdinin 14-də Hökmlərin İcra Şöbəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhər zindanına aparılıb. Bundan öncə Şəhirinin barəsində “rejimə qarşı təbliğ” ittihamı ilə çıxarılan 6 aylıq həbs hökmü Sulduzun Təcdidenəzər Məhkəməsi tərəfindən təyid edilib. Fəal 1398-ci il deyin 26-da İran hökumətinin ittilaat məmurları tərəfindən Sulduz şəhərində tutuqlanıb və dindirilməsi üçün İttilaatın Təbrizdəki baazdaştqahına aparılıb. İsfəndin 12-də isə İttilaatın baazdaştqahından Təbriz şəhərinin mərkəzi zindanına köçürülüb. Fəal məhkəmənin son qərarına qədər 500 milyon tümənlik girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Bildirək ki, Səccad Şəhiri bundan öncə də mədəni fəaliyyətinə görə əmniyyət qüvvələri tərəfindən dəfələrlə həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button