İran

İran mediasında Azərbaycana qarşı növbəti kampaniya başladılıb

SEPAH-a yaxın media, o cümlədən "Fars" xəbər agentliyi Azərbaycana qarşı ittihamlar səsləndirilər.

İran mediası, xüsusilə İran İnqilab keşikçiləri Korpusuna yaxın media Azərbaycan Respublikasına qarşı növbəti kampaniyaya başladıblar.

“Fars” xəbər agentliyinin dəstəyi ilə başladılan kampaniyada Azərbaycanda şiələrə qarşı təzyiqlər edildiyi iddia edilir və onlara dəstək üçün imza toplanılır.

Kampaniyanı başladanlar Azərbaycanda bir sıra radikal qüvvələrin İranın dəstəklədiyi başqa silahlı birləşmələrlə birgə xarici ölkələrdə terror əməliyyatlarında iştirak etdiklərini etiraf ediblər.

“Suriyada Qasım Süleymani ilə çiyin-çiyinə döyüşən azərbaycanlı Hüseyn mücahidləri bu gün Əliyev hakimiyyətinin zindanlarında saxlanılırlar”-deyə, həbsdə olan radikalların başqa ölkələrdə silahlı fəaliyyət göstərdikləri qeyd edilib.

Kampaniya mətnində İran rəsmilərinin ənənəvi iddiaları səsləndirilib və İsrailin Azərbaycan hakimiyyətində nüfuz etdiyi üçün şiələrə qarşı təzyiqlərin çoxaldığı iddia edilib.

Petisiyanı imzalayanlar İran İnqilab keşikçiləri Korpusundan Azərbaycanda şiələrə dəstək verməyi, İsrail və separatçılara qarşı mübarizə aparmağı istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button