İran

Evin həbsxanasının 16 qadın siyasi məhbusu həbsxanalarda hökm sürən şəraitə etiraz ediblər

Evin həbsxanasının 16 qadın siyasi məhbusu məktub açıq məktub yazaraq həbsxanalardakı şəraitdən narahat olduqlarını bildiriblər.

Nərgiz Məhəmmədi, Həsti Əmiri, Nərgiz Ədib, Fəriba Əsadi, Sepide Qalian, Gülara Abbasi, Səba Kordafşari və Aliyə Mətlabzade tərəfindən imzalanan bu məktubda Evin həbsxanasının qadın bölməsində Korona xəstəliyinin yayılması və çox sayda məhbusun virusa yoluxması barədə xəbərdarlıq edilib.

Məktub müəllifləri belə bir şəraitdə insanların sayının cəzaçəkmə müəssisəsinin sahəsi və imkanları ilə mütənasib olmadığını, yoluxmuş şəxslərin təcrid olunması və karantinə alınması üçün yetərlin yer çatışmazlığının məhbusların həyatını təhlükə altında qoyduğunu qeyd ediblər.

Siyasi məhbuslar Əsəl Məhəmmədi və Səmin Ehsani adlı hüquq müdafiəçiləri və ictimai fəalların koronovirusa yoluduqdan sonra heç bir tibbi yardım göstərilməsən təkadamlıq kameraya salındıqlarını, onlara hem bir dərman verilmədiyini yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button