Azərbaycanİran

İran mediasından təxribatçı addım: “Zəngəzur dəhlizi açılmamalıdır

“İran Azərbaycanda NATO, Böyük Britaniya və “sionist” rejimin “varlığı”nı diqqətlə izləməli, lazım gəldikdə hərəkət etməlidir. Azərbaycanı İrana qarşı qaldıran Türkiyə, ABŞ, Böyük Britaniyadır. İran Zəngəzur dəhlizinə qarşı çıxmalıdır. Mediada Azərbaycana qarşı lazımı sərt reaksiyalar verilməlidir”.

Bu fikirləri İranın yarı rəsmi “Mehr” xəbər agentliyində İran-Azərbaycan münasibətləri haqda özünü Qafqaz üzrə “ekspert” kimi təqdim edən Şueyb Bəhmən adlı şəxs məqaləsində qeyd edib. İran dəfələrlə həm siyasi, həm də ictimaiyi çərçivəsində Azərbaycana qarşı qərəzli fikirlərdən əl çəkməyib. Bu xüsusda İranın Azərbaycanın siyasi əlaqələrinə və eləcə də, Qafqazda Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli yolun açıqlmasına qısqanclıqla yanaşması diqqət çəkən məqamlardandır.

“İran mediasında bu cür iddaların səsləndirilməsi daxildəki irqçi cərəyanların hökumət siyasəti ilə hələ də ayaqlaşmaq istəməməsi anlamına gələ bilər”. Bu sözləri Güney Azərbaycandan olan siyasi analitik Elyar Kamrani Ednews-a açıqlamasında deyib.

Elyar Kamrani məsələyə daha da aydınlıq gətirmək üçün bu yaxında Azərbaycan, Türkiyə və İran parlament spikerlərinin Türkiyənin Antaliya şəhərindəki görüşünə diqqəti yönəldib. O, xüsusilə iranlı spiker Məhəmməd Bağır Qalibanın görüşdən sonrakı müsahibəsində “Azərbaycanla İran arasında anlaşmamazlıq artıq sona çatıb” ifadəsini göstərərək İran hakimiyyətinin tutduğu mövqedən peşmanlıq duyduğunu bildirib.

“Şübhəsiz ki, bu başlıqdan istifadə etməklə, İran hökuməti nümayəndəsi ölkəsinin bu vaxtadək Azərbaycana qarşı tutduğu siyasi mövqeyində xətalara yol verdiyini və bundan peşman olduğunu ifadə etməyə çalışır. Ehtimaldır ki, bu da öz növbəsində İrandakı bəzi radikal irqçi cərəyanların qıcıqlanmasına səbəb olub. Bunu həm də mediada dərc olunan məqalədəki Azərbaycana qarşı ünvanlanan təhqiredici ifadələrdən də görmək mümkündür. Hesab edirəm bu cür yanaşma İranda həmişə mövcud olub və hətta Azərbaycanın rəsmi adı belə qərəzli şəkildə təhrif edilib”.

Elyar Kamrani həmçinin İranın Zəngəzur dəhlizinin açılmasına rəsmi səviyyədə yanaşmasını misal gətirərək, qeyd edib ki, bu qısqanclıq yuxarıdan aşağıya doğru yaranan bir təsirdir.

“İran hökumətinin Zəngəzurla bağlı fikirlərinə gəlincə, biz bunu ölkənin dini rəhbəri Əli Xamaneyinin dilindən də eşitmişik ki, o, “bir ölkənin sərhədinin pozulması bizim üçün yolverilməzdir” ifadəsini işlədib. Halbuki bu ərazi və ya sərhəd müdaxiləsi deyil, sadəcə iki ölkə arasında razılıq əsasında bir dəhliz yolunun açılmasıdır.

Fikrimcə Zəngəzur dəhlizinin açılması İranın gələcəkdə həyata keçirməyi arzuladığı bəzi çirkin və qanunsuz əməllərinin qarşısını almağa çalışır. Bu səbəbdən də İran həm rəsmi səviyyədə, həm də Şueyb Bəhmən kimilərin əli ilə öz qərəzli mövqeyini bildirir”.(Ednews)

Elnur Ənvəroğlu

Related Articles

Bir cavab yazın

Back to top button