Tədbirə qatılan Ermənistanın İrandakı səfiri Arsen Avakyan belə görüşlərin keçirilməsini vacib sayıb: “İran şirkətlərinin Sünikdə tikinti layihələri həyata keçirməsini alqışlayırıq. Bakı çoxlu hücumlara görə məsuliyyət daşıyır”.
“Mən 44 günlük savaşdan sonra bölgədə yaradılmış ümumi şəraitə münasibət bildirirəm və Ermənistanın Qafqazda baş verən proseslərə, xüsusilə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması və mövcud çağırışlarla bağlı siyasətini və baxışını şərh edirəm. 2020-ci ildə 44 günlük savaşdan sonra Azərbaycan hökuməti tamahkar siyasət yürüdür və hesab edir ki, Ermənistana istənilən şərtləri qəbul etdirə bilər..”,- erməni səfir deyib.