İran

İran: “Ölkəyə xarici sərmayə qoyuluşu təxminən sıfıra bərabərdir”

“İran iqtisadına xarici sərmayəçilər və iş adamları tərəfindən yatırılmış sərmayə ötən illərdə təxminən sıfıra bərabər olub.”

Bu sözləri Tehran Ticarət Otağının nümayəndələr heyətinin üzvü Mehrdad Ebad deyib.

Onun sözlərinə görə, İran, İmarat kimi xarici ölkəyə sərmayə qoymaq üçün onları vergidən azad etsə də, bu addımlar istənilən nəticəni verməyib.

Mehrdad Ebad bildirib ki, bu yöndə başlanğıc olaraq həm xarici sərmayəçiləri təşviq etmək, həm də böyük həcmdə sərmayə qoyan sərmayəçilərin əmniyəti üçün zəruri addımlar atılmalıdır.

Bildirək ki, İranın Sənaye, Mədən və Ticarət vəzirliyinin yaydığı yeni amar rəqəmlərinə əsasən,  miladi ilinin beş ayı içində ölkəyə sənaye, ticarət və mədən alanlarına qoyulan xarici sərmayənin həcmi ötən ilin oxşar dövrü ilə müqayisədə yüzdə 54 azalıb.

Related Articles

Bir cavab yazın

Back to top button