İran

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

Şəhrivərin 27-də təbrizli milli-mədəni fəallar hökumət məmurları tərəfindən tutulan və əsassız ittihamlarla üzləşən mədəni fəal Ruzbeh Piriyə dəstək aksiyası keçiriblər.

Təbrizli fəallar şəhrivərin 27-də şəhərin müxtəlif məhəllələrinin divarlarına şüarlar yazaraq, İran hökumətini milli fəalı azad etməyə çağırıblar.

Onlar “Ruzbeh Pirini azad edin”, “Ruzbeh Piriyə azadlıq” və “Azərbaycan oğlu Ruzbeh Pirini azad edin” kimi şüarlar yazaraq siyasi məhbusa dəstək verib və onun həbsdən azad edilməsini tələb ediblər.

Daha öncə, şəhrivərin 18-də ərdəbilli milli-mədəni fəallar şəhər divarlarında Ruzbeh Pirinin təsviri əks olunan qrafitilərin altında “Azadlıq üçün döyüşən nəslin səsini ciddi qəbul edin” şüarı yazaraq hökumətə xəbərdarlıq etmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button