Bu barədə İran tələbələrinin yaratdığı İctimai Rəyin Öyrənmə Agentliyi hesabatında deyilir.
“Ağır iqtisadi durum sosial davranışları da dəyişib. Bahalıq və inflasiya İran əhalisini qəzəbli xalqa çevirib. Yoxsulluq oğurluğun, xırda xuliqanlığın, küçələrdə yolkəsənliyin genişlənməsinə gətirib çıxarıb. Boşanma və narkomaniya da artıb”, – deyə hesabatda yazılıb.