İran

İran parlmanının internetlə bağlı qərarına etirazlar çoxalır

Güney Azərbaycanın Əhər və Heris millət vəkili də buna etiraz edib.

İranda internetdən istifadəyə və ictimai şəbəkələrə nəzarətin artırılması və “milli internetin” yaradılmasını nəzərdə tutan layihənin təsvib edilməsi ölkədə etirazla qarşılanıb.

Qərarın təsdiqindən sonra bir sıra azərbaycanlı millət vəkilləri qərarı tənqid edib və bununla bağlı ictimai şəbəkələrdə paylaşım ediblər.

Urmu şəhərinin Məclisdəki təmsilçisi Ruhullah Həzrətpurdan sonra Əhər və Heris bölgələrinin Məclisdəki millət vəkili Əhəd Məhərrəmzadə də özünün “Twitter” hesabında paylaşım edib.

“Hazırkı dövr yaradıcılıq və yenilikçilik dövrüdür. Bilgi mübadiləsi ilişkilərin qurulmasında əhəmiyyətli və həlledici rol oynayır. İnternet bizim yeniliklərə çatmağımız və bilgi əldə etməyimiz üçün əsas vasitədir. Ağıllı cəmiyyət güclü və məhdudiyyətsiz internet istəyir”-deyə, azərbaycanlı millət vəkili bildirib.

İranın İrtibatat və Teknolojilər vəziri Məhəmməd Cavad Azəri Cəhromi isə 2020-ci ilin desambr ayında mətbuata açıqlamasında ölkənin dünya internetindən imtina edib milli internetə keçməsinin mümkün olmadığını bildirmişdi.

“Milli internet böyük bir yalandır və mümkün deyil”, – deyə vəzir vurğulamışdı.

Related Articles

Bir cavab yazın

Back to top button