İran

Xiyovun Qəbristanlığında korona məhdudiyyətləri emal olunub

Xiyo Vilayətinin Şəhridarisi “Rəhmət Ənvəri – Azər” deyib: “bu vilayətdə kornanın qırmızı vəziyyəti olduğuna görə, eləcə də bu mərizliyin yayılmasının qarşısını almaq üçün Xiyovun Qəbristanlığında korona məhdudiyyətləri emal olunub. Ona görə də koronadan və adi ölənlərin dəfin mərasımı ancaq birinci dərəcəli qohumlarının hüzuru ilə keçiriləcək və başqaların girişinə icazə verilməyəcək. Bu qadağa ölənləri basırmağa maşınla gələnlərə də şamildir. Ona görə də əhali sağlıq şərtlərinə riayət etməklə yanaşı qəbristanlıqlara ən az sayla müraciət etməlidir. Yas mərasimləri və qəbirləri ziyarət etmək gələn günlərdə bildirişədək qadağandır. Xiyovun şəhridarı koronadan ölənləri daşımaq üçün qəbristanlıqda ölüləri daşıyan bir maşın yerləşdirib və ölənlərin basdırılmasına da bir yer ayrılıb. Kəfənləmə, basdırma və sağlıq şərtləri şəhrdarinin 5 nəfər işçisinin vasitəsi ilə və Sağlıq Şəbəkəsinin nəzarəti, eləcə 2 nəfər mollanın hüzuru ilə olunur.”
Xiyo Vilayətinin cəmiyyəti 80 min nəfərdir və Ərdəbil Əyalətinin quzey-batısında 90 kilometr aralıqda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button