İran

İran prezidentini kəskin tənqid edən tibb rəsmisi: “Gilan Tibb Universitetinin rektoru böyük qələt edib”

İran Tibb Bacıları Təşkilatının sədri "Cənab prezident, Gilan Tibb Universitetinin rektoru böyük qələt edib" başlıqlı bəyanatla ölkə prezidenti İbrahim Rəisinin səhiyyə sahəsində çalışan işçiləri haqqında etdiyi çıxışa sərt reaksiya bildirib.

Məhəmməd Mirzabeyginin Rəisiyə xitabən yazılmış bəyanatında, habelə vurğulanıb ki, koronavirus pandemiyasının bütün dünyanı çənginə aldığı və hər kəsin evində oturduğu bir vaxtda İbrahim Rəisinin təhqir edib, işini dəyərləndrmədiyi həmin tibb bacıları, həkimlər və digər səhiyyə işçiləri aylarla xəstəxanalarda və sağlıq mərkəzlərində qalaraq xalqa xidmət ediblər.

Bəyanatda sonda qeyd edilib ki, İbrahim Rəisi koronavirus dövründə harada olduğu bilinməyən bir universitet rektorunun sözü ilə səhiyyə işçilərini təhqir edib və buna görə də o, tibb sahəsində çalışanlardan təcili üzr istəməlidir.

Qeyd edək ki, Rəisi son çıxışlarından birində deyib ki, Gilan Tibb Universitetinin rektoru ona deyib ki, könüllü Bəsic, cihad və inqilabçı qüvvələr pandemiya dövründə xəstəxanalara gedərək, həkim və tibb bacılarına xalqa necə xidmət göstərilməli olduğunu öyrədiblər. İbrahim Rəisinin bu sözləri səhiyyə sahəsində çalışan mütəxəssisləri, necə deyərlər, özlərindən çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button