Azərbaycanİran

​​İran Qarabağa 4 min terrorçu yerləşdirir – TƏFƏRRÜAT

Türkiyənin nüfuzlu "Türkiye" qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasiyalı məqalə ilə çıxış edib.

Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan “Asaeb Əhlil Haq”, “Hərəkat ən-Nüceba” və “Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik xüsusi qüvvə yaratmaq tapşırığı verib.

Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran Qərbi Azərbaycanda yaşayan yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək Azərbaycan ordusuna qarşı döyüşmək üçün hazırlayır.

Related Articles

Bir cavab yazın

Back to top button