İran

İran rəsmisi internetə məhdudiyyətlərin güclənməsini istədi

İran Silahlı Qüvvələrinin Məhkəmə Sisteminin başçısı Əhməd Rza Purxaqan internet və sosial medianın ölkədə baş verən hadisələrə təsiri barədə danışıb.

O, keçmiş prezident Həsən Ruhani hakimiyyətini internet və sosial mediadan istifadənin genişləndirilməsinə imkan verdiyinə görə tənqid edib.

Purxaqan İran rəhbəri Əli Xameneinin də internet və sosial medianın təhlükələti barədə çıxışlarına toxunaraq, internetin yayqınlaşmasının ölkəyə böyük mproblemlər yaratdığını iddia edib.

Bir neçə gün bundan əvvəl İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri İran xalqının internet filtrasiya vasitələrinə çıxışını tənqid edib və deyib: “Bu gün biz VPN-i bağlayırıq, o, başqa üsulla dərhal istifadəyə verilir”.

Müntəziri daha sonra İranın lideri Əli Xameneyinin ötən illərdə internetə qoyulan məhdudiyyətlərlə bağlı xəbərdarlıqlarına toxunub.

O, əvvəlki hökuməti xəyanətdə və internetı məhdudiyyətlər barədə Xameneyinin göstərişini icra etməməkdə günahlandırıb.

Ötən illər ərzində İran interneti tamamilə kəsib,  “milli İnternet” adı altında daxili interneti qurmağa çalışıb və nəhəng maliyyə resursları ayrmasına baxmayaraq heç bir nəticə əldə edə bilməyib.

Qeyd edək ki, “Surfşark” internet saytı dünyada internet məhdudiyyətləri ilə bağlı son hesabatında ötən il İranın 11 yeni internet məhdudiyyəti tətbiq etdiyini və dünyada ikinci ən çox məhdudiyyət tətbiq edən ölkə olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button