Azərbaycan

Ağdərə mədəninin işçiləri işdən çıxarılıb

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) bölgəsində yerləşən Ağdərə mərmər mədəninin onlarla işçisi işdən qovulub.

bu barədə işdən qovulanların nümayəndələri sosial mediada paylaşım ediblər.

Onlar bildirirlər ki, uzun müddətdir mədəndə işləmələrinə baxmayaraq, qanunla nəzərdə tutulan hüquqları pozulub və heç bir təzminat ödənilmədən işdən uzaqlaşdırılıblar.

“Mədən bir neçə kəndin əkin sahələrinin məhv olmasına səbəb olduğu üçün kəndlilər aşağı əmək haqqı qarşılığında mədəndə işləməyə məcbur olsalar da, rəhbərlik onlarla iş müqaviləsi bağlamaqdan imtina edib”, -deyə, tikablı işçilər bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button