İran

İran rəsmisindən “Nətənz” hadisəsi ilə bağlı açıqlama

İran Məclisinin Enerji Komisyonunun rəisi “Nətənz”ə edilən hücumla bağlı açıqlama verib. “Düşmən peşəkarlıqla hücum planı hazırlayıb”,-deyə Firidun Abbasi Dəvani bildirib. Onun sözlərinə görə, hücum zamanı binanın elektrik sistemi partladılıb. Bununla da santrifiyujların elektriki kəsilib. “Nətənz” raket hücumuna müqavim olması üçün yerin 40-50 metr dərinliyində tikilib. Buna görə də düşmən məqsədinə çatmaq üçün öz adamlarından istifadə edib”,-deyə Dəvani diqqətə çatdırıb. “New York Times”ın yazdığına görə, “Nətənz” Atom Təsissatı azı 9 ay sonra yenidən istifadəyə verilə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button