Dünya

Lavrov İrana tətbiq edilən sanksiyalardan danışıb

“Əgər Avropa birliyinin İrana qarşı tətbiq etdiyi təhrimlər Viyəndə aparılan danışıqların qızğın vaxtı bilərəkdən qəbul edilibsə, onda bu yanlış, cinayətdən də pisdir”. Bunu Rusiya xarici işlər baxanı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. “Bu gün Avropa birliyinin İranın bir sıra məsullarını insan haqları pozulduğuna görə təhrim etməsi xəbərini eşidəndə təəccübləndim. Bu qərarın tam mətnini hələ görməmişəm, amma sənədin özü çox sayda sual doğurur. Əgər Avropa birliyində hansısa həmahənglik yoxdursa, sağ əl sol əlin nə etdiyini bilmirsə, bu sadəcə fəlakətdir. Əgər bu qərar Hərtərəfli Birgə Fəaliyyət Planının xilası ilə bağlı Viyəndə davam edən danışıqların qızğın vaxtında bilərəkdən qəbul olunubsa, bu artıq fəlakət deyil, cinayətdən betər yanlışdır”, – deyə Rusiya xarici işlər baxanı vurğulayıb. Lavrov Amerikanın İrana qarşı təhrimlərindən də söz açıb. Bildirib ki, Mosko Hərtərəfli Birgə Fəaliyyət Planı ilə ilgili olmayan Amerika təhrimlərinin tamamilə ortadan qaldırılmasında israrlıdır. “Bizim mövqeyimiz aydındır. Bu mövqe iranlı dostlarımızın yanaşması ilə üst-üstə düşür. Vaşinqton tərəfindən tətbiq olunan bütün birtərəfli təhrimlər Hərtərəfli Birgə Fəaliyyət Planının birbaşa olaraq pozulmasıdır və bu təhrimlər sözsüz ki, ləğv edilməlidir”, – deyə o, qeyd edib.

Artırmalıyıq ki, İranı istismar edən Rusiya məsulları, milli mənafelərini qorumağ üçün həmişə iran məsullarının ölkə millətlərinə qarşı cinayətlərinə haq qazandırmaqda çalışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button