Dünya

3 Avropa ölkəsindən İrana xəbərdarlıq: Nüvə anlaşmasını xilas etmək üçün yalnız bir neçə həftə vaxt var

"Aznews tv"ın xəbərinə görə, Vyanada aparılan danışıqlarda vəziyyətin hazırda çox həssas olduğunu vurğulayan üç Avropa ölkəsi yaydıqları birgə bəyanatda deyiblər ki, müzakirələr indiki templə davam edərsə, bir neçə həftə sonra atom razılaşmasına qayıtmağın artıq heç bir mənası və faydası olmayacaq.

2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada İranla danışıqlar aparan üç Avropa ölkəsi, yəni Böyük Britaniya, Fransa və Almaniya dekabrın 28-də birgə bəyanat yayaraq, İrana yenidən xəbərdarlıq ediblər.

“Aznews tv”ın xəbərinə görə, Vyanada aparılan danışıqlarda vəziyyətin hazırda çox həssas olduğunu vurğulayan üç Avropa ölkəsi yaydıqları birgə bəyanatda deyiblər ki, müzakirələr indiki templə davam edərsə, bir neçə həftə sonra atom razılaşmasına qayıtmağın artıq heç bir mənası və faydası olmayacaq.

Bəyanatda vurğulanıb: “Biz artıq elə bir nöqtəyə yaxınlaşırıq ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərini möhkəmləndirməsi nüvə razılaşmasını və onun faydalarını tamamilə məhv edəcək. Biz bunu açıq-aşkar görür və bununla bağlı İrana bir daha xəbərdarlıq edirik”.

“Hesab edirik ki, atom razılaşmasını bərpa etmək üçün hansısa bir razılaşmanın əldə olunması üçün bir neçə ay yox, yalnız bir neçə həftə fürsət var. Əks halda bu fürsətdən istifadə edilməsi, indiki vəziyyətin belə davam etməsi ilə nüvə razılaşmasının kütləvi qırğın silahların yayılmamasına dair fayda və imtiyazları heç olaraq, öz anlamını itirəcək”, -deyə bəyanatında qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button