Azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin aclıq aksiyası keçirdiyi və yaxalanandan sonra döyüldüyü üçün sağlıq durumu pisləşib. Ona görə də azərbaycanlı fəal noyabrın 14-də zindanın kilinkasına köçürülüb.
Azərbaycanlı idmançı yaxalandığı zaman işgəncə edilib və sağlıq durumunda ciddi problemlər yaranıb. O ürək və əsəb dərmanları qəbul edir və ailəsindən dərmanlarının ona çatdırılmasını istəyib.
Qeyd edək ki, azərbaycanlı milli fəal noyabrın 2-də molla rejimin məmurları tərəfindən yaxalanıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.