İqtisadiyyatİran

İran rialdan tümənə keçir

İranın Nazirlər Kabineti ölkənin Mərkəzi bankının milli valyutanın kursunun denominasiyası ilə birgə rialdan tümənə keçmək barədə təklifini müsbət şəkildə qarşılayıb.

Aznews.tv xəbər verir ki, bu təklif İran prezidenti Həsən Ruhaninin sədrliyi altında keçirilən hökümətin iclasında müsbət qarşılanıb.

İran prezidentinin mətbuat katibi Mahmud Vaezi bu məsələnin avqustun 4 keçiriləcək hökümətin iclasında daha dəqiq müzakirə olunacağını bildirib.

“Denominasiya məsələsi (1:10 min) gündəlikdə dururdu. Rial əsasən bank əməliyyatlarında istifadə olunur. Valyutanın denominasiyası ilə birgə rialdan tümənə keçmək qərarı qəbul edilib”, – deyə Vaezi əlavə edib.

Qeyd edək ki, bu təklifi cari ilin yanvar ayında İranın Mərkəzi bankının rəhbəri Əbdulnəsir Həmmati vermişdi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button