Dünyaİran

İran Rusiya ilə 20 illik anlaşmasını yeniləyir

İran Rusiya ilə 2001-ci ildə imzaladığı 20 illik anlaşmanı yenidən uzadır.

Bu haqda İranın Moskodakı səfiri Kazım Cəlali məlumat yayıb.

O bildirib ki, artıq anlaşmanın mətni hazırdır və bununla bağlı Əli Xamenei ilə Rusiya prezidenti Vladimir Putin arasında məktublaşmalar baş tutub.

Bildirək ki, sözügedən anlaşma iki ölkə arasında siyasi, iqtisadi, nizami, əmniyət və müdafiə alanlarında əməkdaşlığı nəzərdə tutur.

2001-ci ildə İran Məclisi tərəfindən təsdiq olunan bu razılaşmaya görə, tərəflərdən biri onun bitməsinə bir il qalmış anlaşmanın uzadılıb-uzadılmamasına dair qarşı tərəfə bilgi verməlidir. Əks halda, müqavilə hər 5 ildən bir otomatik olaraq yenilənmiş hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button