İran

Sel, Urmunun 17 kəndinə xəsarət yetirib

Batı Azərbaycanın Fəlakətlərlə Mübarizə İdarəsinin müdiri Əmir Abbas Cəfəri deyib: “dolu yağıntısı ilə sel axını Urmu və Xoy vilayətlərinin 17 kəndinin əkinilə tikililərinə xəsarət yetirib. Əyalətin Cahad Kişavərzi Təşkilatının mütəxəssisləri xəsarətin miqdarını araşdırır. Xoy Vilayətinin Səfaiyyə bölgəsində dolu və sel axını ilə bu bəxşin 5 kəndinin əkini eləcə də tikintilərinə 10 milyard tümən xəsarət yetirib.. Urmunun isə Ənzəl bəxşinin 12 kəndinin 450 hektar zəmisinə və 550 hektar bağlarına xəsarət dəyib. Cahad Kişavərzinin dəyərləndirmə timləri əkin bölməsinə dəymiş xəsarətləri araşdırır.”
Sel-su demişkən Şərqi Doğu Azərbaycan da xəbər var.

Turistik Gündoğan kəndinə də sel axıb.
Üsku Vilayətinin Gündoğan kəndində dünən axşam Tir ayının 24-ü güclü yağış sel axınına səbəb olub. Yayın bu isti günlərində sel axını bölgə əhalisi ilə turistlərdə təəccüb doğurub.

Related Articles

Bir cavab yazın

Back to top button