İran

İran rüşvətxorluğun ən çox yayıldığı ölkələrlə bağlı reytinq cədvəlində 180 ölkə arasında 150-ci yerdədir

“Beynəlxalq Şəffaflıq” Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.

“Aznews tv” xəbər verir ki, reytinqə nəzər saldıqda İranın, hətta bölgə ölkələri içində də korrupsiyanın tüğyan etdiyi əsas ölkələrdən biri olduğu məlum olur.

Reytinq cədvəlində İran Qvineya, Qvatemala və Tacikistan kimi ölkələrlə bir sıradadır. Bununla da görünür ki, İranda rüşvətxorluğun yayılması baxımından durum Uqanda, Banqladeş, Mozambik və Anqoladan da pisdir.

Məntəqə ölkələri arasında isə rüşvətxorluq İrandan daha çox yayılan ölkələr İraq, Türkmənistan, Əfqanıstan, Suriya və Yəməndir. Bu bölgədə korrupsiyanın ən az yayıldığı ölkələr Birləşmiş Ərəb Əmirlikləri (İmarat), Qətər və İsraildir. BƏƏ (İmarat) 69 xalla dünya ölkələri arasında 24-cü yerdədir.

Cədvəldə Danimarka rüşvətxorluğun ən az yayıldığı ölkə olaraq 1-ci yerdə gəlir.

İran İslam Cümhuriyyətində son illərdə korrupsiya daha da geniş yayılıb. Belə ki, 2017-ci illə müqayisədə İran 20 pillə geriyə doğru irəliləyib. Hansı ki, həmin il dünya ölkələri arasında 130- cu yerdə qərarlaşmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button