İran

İranda tutulan fransalıya 8 il 8 ay həbs cəzası verilib

İranda məhkumluq həyatı yaşayan Fransa vətəndaşı Benyamin Breyer casusluq ittihamı ilə 8 il həbsə məhkum edilib.

İranda məhkumluq həyatı yaşayan Fransa vətəndaşı Benyamin Breyer casusluq ittihamı ilə 8 il həbsə məhkum edilib.

“Aznews tv” xəbər verir ki, bu barədə onun vəkili Flip Val məlumat yayıb.

İranın İnqilab Məhkəməsinin çıxardığı bu hökmü kukla tamaşası adlandıran vəkil bildirib ki, müvəkkilinə qarşı digər bir ittihamla, yəni “hakimiyyətə qarşı təbliğat” ittihamı ilə isə 8 ay hökm oxunub.

Xəbərin yayılmasından bir neçə saat sonra Fransanın Xarici İşlər Nazirliyi Benyamin Breyerin apellyasiya şikayəti verəcəyini bildirərək hökmü qəbul edilməz adlandırıb.

Xatırladaq ki, sözügedən Fransa vətəndaşı ötən il İranda həbs edilib və Məşhədin Vəkilabad zindanında saxlanılır. İran tərəfi iddia edir ki, casusluq ittihamı Benyamin Breyerə qarşı “qadağan olunmuş bölgədə dronla çəkiliş apardığı” üçün irəli sürülüb.

İran hökumətinin Vyanada atom razılaşması aparılan zaman Fransa vətəndaşı barəsində belə bir hökm çıxarması diqqət çəkir. Təhlilçilərə görə, rəsmi Tehran Qərb ölkələri ilə siyasi sövdələşmələrdə girov kimi istifadə etmək və tələblərinə nail olmaq üçün tez-tez ikili vətəndaşlığı olan şəxsləri və ya digər ölkələrin vətəndaşlarını həbs edir.

Related Articles

Bir cavab yazın

Back to top button