Əbir Əl Səhlani bunun Tehran hökumətinin Fransaya qarşı təhdidlərinə cavab olaraq həyata keçirilməsini istəyib.
“İran hökumətinin karikaturaya görə başqa bir ölkəni təhdid etməsi sadəcə gülüncdür və mollaların nə qədər qorxduğunu açıq şəkildə göstərir”-deyə, o yazıb.
Qeyd edək ki, Fransanın “Şarli Abdo” nəşri son sayında İran liderinin İranda xalq etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etdikdən sonra Tehran rejimi Fransanı təhdid edib.