CəmiyyətİranSiyasət

İran “şahinləri” Həsən Ruhanini tənqid atəşinə tutub

İran prezidenti Həsən Ruhanin Fransa, Almaniya və Böyük Britaniya rəsmiləri təması ölkədə sərt addımlar tərəfdarlarının ciddi tənqidinə tuş gəlib.

Aznews.tv xəbər verir ki, bu tənqidçilər artıq çoxdandır ki, Ruhanini Avropa ölkələrinin Birgə Kompleks Hərəkətlar Planı (BKHP) ilə bağlı “imtinalarına” cavab verməməkdə ittiham edirlər.

Onlar anlaşmadan tamamilə imtina etməyi tələb edir və avropalı üzvlərlə uzanan danışıqları səmərəsiz zaman itkisi olduğunu iddia edirlər.

İranın ruhani rəhbərliyinə bağlı olan “Keyhan” dərci Ruhaninin Emmanuel Makronla görüşərək İranın ləyaqətinə hörmətsizlik etdiyini yazıb.

Başqa məqaləsində “Keyhan” Ruhaniyə ölkədəki məsələlərin açarını xaricdə yox, evdə axtarmağı məsləhət görüb.

Bununla belə, İranın prezidenti Böyük Britaniyanın baş naziri Boris Consonla əl sıxışdıqdan əvvəl də, rəmsi olaraq SEPAH-ı təmsil edən “Cavan” qəzetinin baş redaktoru Abdolla Gənci kimi sərt addım tərəfdarlarının artan təzyiqinə məruz qalmışdı.

Həmçinin Ruhani administrasiyasını sərt tənqid edən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının mətbuat katibi Hosseyn Nəqhavi Hosseyni İran prezidentinə Consona məhəl qoymamağı tövsiyyə edib, çünki onun fikrincə Böyük Britaniyanın ölkəsinə yanaşması ABŞ-dan qat-qat sərt olub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button