Azərbaycanİran

İran televizyası və Mədəni İrs Təşkilatı yenidən Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

Qərbi Azərbaycan əyaləti yerinə “Urmiya” əyaləti ifadəsi işlədilir.

İran televizyası və Mədəni İrs Təşkilatı yenidən Qərbi Azərbaycan əyalətinin adını təhrif edərək “Urmu” əyaləti adından istifadə edib.

İran Radio və Televizyasının xəbər şəbəkəsi Qərbi Azərbaycan valise Məhəmmədsadiq Motəmediyanla müsahibədə onun fotosunun yerinə öncəki vali Məhəmmədmehdi Şəhriyarinin fotosunu yayıb və onu “Urmiya” əyalətinin valise kimi təqdim edib.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Mədəni İrs,Turizm və Əl İşləri Təşkilatının rəsmi veb saytında əyalt valiliyinin binasının təmiri ilə bağlı verilən xəbərdə yenidən “Urmiya” valiliyi ifadəsi işlədilib.

Qeyd edək ki, uzun illərdir İran hökuməti və etnik mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya” əyaləti qoyulması yönündə çalışırlar.

Bundan öncə İranın keçmiş prezidenti Həsən Ruhaninin əyalətə səfəri zamanı “Urmiya” əyaləti ifadəsini işlətməsi geniş etirazlara səbəb olmuşdur.

Bununla yanaşı əyalətinin güney bölgələrində, Soyuqbulaq şəhərinin mərkəziyyəti ilə  “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır.

Bu, güney azərbaycanlıların, bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyətlər davam etdirilir.

Bir neçə gün bundan öncə Soyuqbulaq şəhərinin İran parlamentindəki kürd nümayəndəsi Calal Mahmudzadə Qoşaçay mahalının 30 kəndinin Soyuqbulağın tabeliyinə verilməsini istəyib.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad əyalətlər sırasında ayrıca bölgə kimi yazılması hökumətin bu məsələdə israrlı olduğunu, Qərbi Azərbaycanın kürdləşdirmə prosesində maraqlı olduğunu göstərir.

Post | Gunaz article social

Related Articles

Bir cavab yazın

Back to top button