İran

İran Tibb Sistemi Təşkilatı: Hər ay 100-150 tibb bacısı ölkəni tərk edir

İranın Tibb Sistemi Təşkilatının sədr müavini hər ay 100-150 tibb bacısının ölkəni tərk etdiyini və hazırda ölkədə 100 min tibb bacısı çatışmazlığı olduğunu deyib.

Məhəmmədtəqi Cahanpur iyulun 27-də verdiyi açıqlamada, habelə bildirib: “Tibb bacıları ilə mövsümi işçi kimi davrandığına görə Səhiyyə Nazirliyini tənqid edirik”.

“Səhiyyə Nazirliyi ehtiyac yarandıqda onları işə götürüb, daha sonra işdən çıxara bilməz. Bu iki ildə ən ağır şəraitdə çalışan, bədəni və ruhu zəifləmiş qüvvələrə qarşı bu cür davranmaq ədalətsizlikdir”, – deyə Cahanpur vurğulayıb.

Sonda o, tibb işçilərinin ölkəni tərk etməsinin səbəbini işsizlik, maliyyə və məişət problemləri, əmək təhlükəsizliyinin olmaması, iş saatlarının məcburi şəkildə artırılması və s. ilə izah edib.(https://t.me/AzadIranTelegram/8835)

Related Articles

Bir cavab yazın

Back to top button