Dünya

Bayden: İranın “Hizbullah”a silah göndərməsi Livanın müstəqilliyini və bölgənin sabitliyini zəiflədir

Amertika prezidenti Co Bayden Livanla bağlı fövqəladə vəziyyətin müddətini uzatmaqla xəbərdarlıq edib ki, İranın "Hizbullah" qruplaşmasına silah tədarükü regionun sabitliyini təhdid edir.

“İranın “Hizbullah”a böyük miqdarda qabaqcıl silahları əhatə edən təchizatı kimi fəaliyyətlərini davam etdirməsi Livanın müstəqilliyini zəiflədir və regionda siyasi və iqtisadi qeyri-sabitliyə səbəb olur”, – deyə Bayden iyulun 28-də Amerika Konqresinə göndərdiyi məktubda yazıb.

Bayden İranın “Hizbullah”a silah tədarükünü Amerikanın milli və siyasi təhlükəsizliyinə qarşı “qeyri-adi və fövqəladə təhdid” adlandırıb.(https://t.me/AzadIranTelegram/8838)

Related Articles

Bir cavab yazın

Back to top button