İran

İRAN VƏ AMERİKA ARASINDA HANSI MƏHBUSLAR DƏYİŞDİRİLƏCƏK?

İran Amerika ilə məhbusların yenidən mübadiləsinin mümkünlüyünü bildirib
Amerikanın xarici işlər vəzirinin İranda həbsdə olan üç Amerika vətəndaşının azad edilməsi ilə bağlı müraciətindən sonra, İran Xarici İşlər Vəzirliyinin sözçüsü iki ölkə arasında məhbusların dəyişdirilməsinin mümkün olduğunu desə də bu barədə ətraflı bilgi verməyib.
Abbas Musəvi bildirib ki, “belə bir mübadilələr üçün zəmin yaranarsa”, İslam Cumhuriyəti Amerikanın təhrimlərini pozduğuna görə həbsdə olan bir sıra iranlıları azad etməyə çalışacaq.
İran Xarici İşlər Vəzirliyinin məqamları daha öncə də iki ölkə arasında məhbus mübadiləsi gerçəkləşdirməyə hazır olduqlarını bildiriblər.
Maykl Vaytın azad edilməsi qarşılığında, Amerikanın İrana qarşı təhrimlərini pozduğuna görə həbs edilən Məcid Taheri azad edilərək İrana qaytarılıb.
Ancaq onun vəkili bir müddət öncə Taherinin ailəsinə baş çəkdikdən və tibbi müalicə aldıqdan sonra Amerikaya qayıdacağını bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button