Dünya

TƏHLÜKƏLİ TERRORÇU ÖLDÜRÜLDÜ

Türkiyə tərəfindən axtarışda olan Firaz Amed ləqəbli təhlükəli terrorçu İzzet Yiğit Elazığın Arıcak şəhristanın Göresedağı bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib.
Bu barədə ölkənin Daxili İşlər Vəzirliyi məlumat yayıb.
Məlumata görə, terrorçu İ.Yiğit üç il əvvəl Diyarbəkirdə 16 qeyri-nizami şəxsin öldüyü və Elazığda 3 polisin şəhid edildiyi terror hərəkətlərinə və digər cinayətlərə görə ittiham olunurdu. Onun axtarışı üçün 1 milyon türk lirəsi vəsait ayrılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button