Dünyaİran

İran və Ermənistan Gömrük Xidmətlərinin ikitərəfli görüşündə Meğri gömrüyündən yük maşınlarının keçidinin artırılması ilə bağlı razılıq əldə olunub

İranın Norduz Gömrüyündə keçirilən görüşdə Ermənistan nümayəndə heyəti ilə müzakirə aparılıb.

Şərqi Azərbaycan əyalətinin Gömrük Nəzarəti Xidmətinin rəhbəri Sadiq Namdar iki ölkənin sərhəd-gömrük orqanları arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq səviyyəsinin yüksəlməsinə və ticarət mübadiləsinin cari ilin 7 ayı ərzində 121 milyon dollar dəyərində 600 min tondan çox mal ixracı həyata keçirildiyinə diqqət çəkərək deyib:

İxrac həcmi keçən ilin eyni dövrü ilə müqayisədə çəki olaraq 82%, dollar dəyəri baxımından isə 33% artmışdır“.

Sadiq Namdar qeyd olunan dövrdə Norduz sərhədindən 80.000-dən çox yük maşınının keçdiyini və bu sayın ötən ilin eyni dövrü ilə müqayisədə 28% artdığını, gələcəkdə gündə 300 maşına çatacağını qeyd edib.

#İran #Ermenistan

Related Articles

Bir cavab yazın

Back to top button