İran

İranda yol qəzaları nəticəsində 20 min nəfər ölüb

İranda son bir ildə yol-nəqliyyat hadisələri nəticəsində azı 20 min nəfər ölüb.

Aznewstv xəbər verir ki, bu barədə İran yol polisinin başçısı Həsən Mömini bildirib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri çox ciddi və narahatedici problemə çevrilib: “Son illər yol-nəqliyyat hadisələrinin sayı artır”.

Həsən Mömini qeyd edib ki, bir neçə il əvvəl yol qəzaları nəticəsində ölənlərin sayı 16 minədək azalmışdı, ancaq indi bu istiqamətdə yenidən artım müşahidə olunur: “İranda yol qəzalarının baş verməsinin ən mühüm səbəbi insan faktorudur (62 faiz), ikinci yerdə nəqliyyat yolları və vasitələrinin vəziyyətidir. Bunlar ölənlərin sayının artmasında ən böyük rol oynayır”.

O qeyd edib ki, yol qəzalarının 60 faizi şəhərlərdən 30 kilometr aralı məsafədə baş verir və bu qəzaların qurbanlarının əksəriyyəti gənclərdir.

Məhkəmə araşdırmaları təşkilatının illik hesabatında bir müddət əvvəl bildirmişdi ki, ötən bir ildə (2022-ci il martından 2023-cü ilin martınadək) yol-nəqliyyatı qurbanlarının ümumi sayı 19 490 nəfər olub. Bu isə əvvəlki illə müqayisədə qurbanların sayından 16 faiz çoxdur.

Məlumata əsasən, İranda avtomobillərin ehtiyat hissələrinin 90 faizdən çoxu standarta uyğun istehsal olunmur.

Related Articles

Bir cavab yazın

Back to top button