İran

İran XİN başçısı BMT Baş katibi ilə danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qəzza zolağı və Qırmızı dəniz ətrafındakı son durumu müzakirə ediblər.

İran XİN rəhbəri ABŞ və Böyük Britaniyanın Yəmənə zərbə endirməsini pisləyib. O, bunu regiondakı vəziyyəti daha da pisləşdirən strateji səhv adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button