İran

İrana səfərlərlə bağlı yeni qaydalar nələrdir?

İrana səfər etmək üçün sağlamlıq sənədi istəniləcək. Yeni qaydalar İranın bütün quru, hava və dəniz mərzlərində icra olunacaq. Qaydalarda yer alan vacib məsələlərdən biri də xarici turistlər üçün vizaların dayandırılmasıdır. Məlumata görə, səyahət edənlər ölkəyə gəlməmişdən öncə özlərinin kimlik formunu və sağlamlıq sənədlərini mərz görəvlilərinə təqdim etməlidir. İki yaşdan yuxarı bütün səyahətçilər ən az 96 saat qabaqdan PCR testindən keçməli və testin nəticəsi mənfi olmalıdır. Həmin sənədin ingilis dilində olması nəzərdə tutulub. Səyahətçi onu Sağlamlıq Vəzirliyinin nümayəndələrinə və mərzdəki sağlamlıq paayqahlarına təqdim etməlidir. Qeyd edək ki, ölkəyə gələrkən sağlamlıq sənədi olmayan iranlı səyahətçilər 14 gün müddətinə sağlamlıq Vəzirliyinin bəlli etdiyi yerlərdə qərəntinədə qalacaq. Bu müddətdə koronavirus testi və qalma xərcləri səyahətçinin özü tərəfindən ödəniləcək. Xatırladaq ki, epideminin başlamasından altı ay sonra İranda mərizlərin ümumi sayı 304.204 min nəfərə çatıb. Bu günə qədər 17 minə yaxın insan koronavirusdan vəfat edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close