İran

Tehranda yanğın olayı

Fədaiyan-e-İslam xiyabanında yerləşən bir anbarda yanğın baş verib. Bu barədə Tehranın Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Məliki mordadın 10-da məlumat verib. Bildirilib ki, bu anbarın 3 min metr-murəbbədən çox məsahəti var. Məlumata görə, onun bütün qismətlərində çox miqdarda mal olub. “Anbarda çoxlu miqdarda fərş, moket, çox sayda kuler və lastik həlqələri olub. Yanğın onlara da yayılıb” deyə o, əlavə edib.
Olay nəticəsində heç bir insan itkisi və ya yaralanan olmayıb.
Xatırladaq ki, son illərdə Fədəiyan-e-İslam xiyabanında bəzi böyük anbarlar yanıb.

Related Articles

Bir cavab yazın

Back to top button