Azərbaycanİran

Xoyda 5.7 bal gücündə zəlzələ olub

Xoyda zəlzələ olub Yeraltı təkanlar 7 dəfə təkrar olub.

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yerli vaxtla saat 03:51 dəqiqədə 5.7 bal gücündə zəlzələ olub.

Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Əmirabbas Cəfərinin verdiyi məlumata görə, zəlzə nəticəsində 280 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yerin 5 kilometr dərinliyində baş verən və Urmu, Salmas və Təbriz şəhərlərində də hiss olunan ilkin zəlzələdən sonra saat 06:03 dəqiqəyə kimi 3 bal gücündə 16 yeraltı təkan qeydə alınıb.

Əmirabbas Cəfəri insan itkisi olmadığını və dağıntılar barədə araşdırmalar aparıldığını deyib.

Xoy fərmandarlığının yaydığı yeni məlumatda isə yaralı sayının 390 nəfərə çatdığı, onlardan 135 nəfərin xəstəxanalara yerləşdirildiyi, 50-100 arası evin dağıldığı və daha 30 yeraltı təkanın qeydə alındığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button