İran

İranda Ələhvazlı 3 məhbus edam edilib

Marsın 1-də Ələhvaz sakini üç ərəb məhbus şəhərin Sepidar zindanında edam edilib. Bu barədə Ələhvaz İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilən şəxslərin Casem Heydəri, Əli Xəsrəci və Hüseyn Silavi olduğu bildirilib. Təşkilat öz qaynaqlarına istinadən əmniyət qüvvələrinin Naser Xəfacianın adını da edam edilən məhbuslar listəsinə saldığını açıqlayıb. Halbuki o, keçən il Sepidar zindanındakı etirazlar zamanı işgəncə nəticəsində öldürülüb. Qeyd edilənə görə, Ələhvaz İttilaat İdarəsi fevriyənin 28-də məhkumların ailələri ilə təmas tutub və Çaharşir bölgəsindəki əmniyət mərkəzlərindən birinə müraciət etmələrini istəyib. Çaharşirə gələn ailələri övladları ilə görüşdürmək üçün Sepidar zindanına aparıblar. Görüş zamanı məhkumlar edam hökmünün tezliklə icra ediləcəyini bildiriblər.
Xatırladaq ki, İran dövləti Pəhləvi dönəmində olduğu kimi, 1979- cu il inqilabından bəri ölkədə yaşayan milli, dini, məzhəbi azlıqları basqı altında saxlayır. Ən çox basqı, işgəncə və edamlara məruz qalan şəxslər isə Azərbaycan və ərəb fəallarıdır. Onlar öz milli və mədəni haqlarını müdafiə etdikləri üçün İran rejiminin asimilasyon siyasətinin qurbanına çevrilirlər.

Related Articles

Bir cavab yazın

Back to top button