Azərbaycan

İranda ərzaq qıtlığı: Ərdəbildə xalq küçələrə axışdı

Ərdəbil şəhərinin Şəriəti meydanında kəskin bahalaşmaya etiraz olaraq etirazlar başlayıb.

Bu barədə güneyli sosial media fəalları məlumat yayıb.

Etirazçılar “Azərbaycan milləti, çəkməz bu zilləti” kimi şüarını səsləndiriblər.

Yerli vaxtla saat 17:40-dan sonra başlayan aksiyaların qarşısını almaq üçün polis məmurları etiraza müdaxilə edərək aksiyaçılara qarşı zor işlədib. Rezin dəyənəklərdən istifadə edib.

İlkin məlumatlara görə, çoxlu sayda etirazçı həbs edilərək naməlum yerlərə aparılıblar.

Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur.

Şəriəti meydanı və mərkəzi küçələrdə çox sayda polis məmurları və təhlükəsizlik qüvvələrinin toplaşdığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button