İran

İRANDA 18 MİLYON NƏFƏR KORONAVİRUSA YOLUXUB

İranda Koronavirusla Mübarizə Mərkəzinin Bilimsəl Kurulunun üzvü 18 milyon iranlının koronavirusa tutulduğunu açıqlayıb.

“İSNA”nın məlumatına görə, Məsud Mərdani vurğulayıb ki, bölgədə koronavirusa tutulma nisbətini öyrənmək üçün seroloji testdən istifadə olunur. Kurulun üzvü əhalinin təxmini 20%-inin virusa tutulduğunu bildirib.
O, payızda koronavirusun kəskin yayılmasına işarə edərək deyib: “Hər il soyuq fəslin əvvəlində anfluanzanın yayılması qaçılmazdır. Ancaq bu payız bütün payızlardan böyük fərqlə seçilir, çünki dünya yeni Covid-19 mərizliyindən əziyyət çəkir”.

Xatırladaq ki, İranın Behdaşt Vəzirliyinin son rəsmi aamarına əsasən, ölkədə Covid-19-a tutulanların ümumi sayı 235.429 nəfərədir. Ölənlərin sayı isə 11.260 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button