İran

TƏBRİZ DAĞÇILARI: BİZİM ÜÇÜN HƏR YER BABƏK QALASIDIR

Son günlərdə Babək qalası yollarının bağladılması ilə bağlı etirazlar azalmır. Bu məqsədlə Təbriz dağçıları simgəsəl olaraq “Hər yer bizə Babək qalasıdır” plakardı açıblar.
Qeyd edək ki, ulu Babək Azərbaycanın dirəniş simgəsi kimi karakterizə edilir. Hər il minlərlə güney Azərbaycanlı Babək qalasında qurultay qurmaqla onu xatırlayır. Qurultayın keçirilməsinə qarşı olan Tehran hakimiyyəti bir neçə ildir ki, Kəleybər şəhərinin yollarını bağlayıb. Nəticədə gənclərin qalaya getməsi mümkünsüz olub.

Bildirək ki, Dağçıların plakardında

“Bir gün azadlığın əlbət səsi ellərdə gələr
Sarayın Qanlı, itən örgütü sellərdə gələr.
Sən kimin qeyrəti sonsuz, adı dillərdə gələr,
Onda hər kəs bizə taydır açacaq qol qanadın,
Hən, o gün səslənəcək yer göy Azərbaycan adın” – şeiri də yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button