İran

İranda 210 xüsusi tədris müəssisəsinə ehtiyac var

İranda 210 təhsil mədrəsəsinə ehtiyac var. Təhsil vəzirini müavini, İstisnalılara Təhsil Sazmanın rəisi Seyid Cavad Hüseyni belə deyib. Onun açıqlamasına görə, hazırda sözügedən müəssisələrin hazırlanması üçün tikinti işləri həyata keçirilir. Seyid Cavad Hüseyni bildirib ki, qarşıdakı iki ildə belə projərlərin çoxu Kərpicdən Cənnətə Tərhi adı ilə istifadəyə veriləcək.

Məlumata əsasən, bu gün Qoç Qışlağında 137-ci istisnalılar təhsil mədrəsəsinin təməl daşı qoyulub. Bununla yanaşı, 36 riştə üzrə istisnalı şagirdlər üçün fənni-bacarıq hünəristanlarını gəlişdirmək məqsədilə də işlər aparılır. Bu hünəristanlarda zehni bacarıqları zəif olan şəxslər təhsil alır. Qurum rəsmisi deyib ki, yaxın müddətdə 31 idman salonunun da tikilməsi planlaşdırılır. Habelə Ərdəbil əyalətində xüsui qayğıya ehtiyacı olan şagirdlər üçün 933 çeşid təhsil və bacarığı artırma təchizatına ehtiyac var.

Related Articles

Bir cavab yazın

Back to top button