Dünyaİran

Qantz: “İsrail İranın nüvə müəssisələrinə hücum planlarını yeniləyir”

İsrail ordusu İranın atom təsislərinə hücum planlarını yeniləyir. Bunu İsrailin Difa vəziri Beni Qantz açıqlayıb. “Fox News”a verdiyi müsahibədə Bani Qantz bildirib ki, beynəlmiləl birlik İranın atom proqramı ilə bağlı addım atmazsa, İsrail təkbaşına hərəkətə keçəcək. Ölkə rəsmisinin sözlərinə görə, İsrail İranın daxilində bir çox hədəfləri təsbit edib və onlara hücum edilməsi atom proqramının gəlişdirilməsinə xələl gətirə bilər.
“Fox News”a görə, ittilaat bilgiləri İranın 2021-ci ildə Suriya və Lübnandakı niyabəti qüvvələr vasitəsilə İsrailə qarşı hücumlar edə biləcəyini göstərir.

 

Related Articles

Bir cavab yazın

Back to top button